Modern.az

MDB ölkələri yeni saziş imzalayacaq - Lavrov açıqladı

MDB ölkələri yeni saziş imzalayacaq - Lavrov açıqladı

6 İyun 2023, 12:47

MDB ölkələri arasında yeni saziş imzalanacaq.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistana səfəri çərçivəsində Rus-Tacik (Slavyan) Universitetində çıxışı zamanı bildirib.

 

"MDB hökumət başçıları bu ay xidmət ticarəti haqqında saziş imzalamağı planlaşdırır", - nazir qeyd edib.

 

Onun sözlərinə görə, yeni saziş təşkilata daxil olan ölkələrdə ticarətin liberallaşdırılmasını daha da irəli aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI