Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə AKP-nin irəli sürdüyü namizəd Numan Kurtulmuş CHP-yə baş çəkib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kurtulmuşla keçirilən görüşlərdən sonra CHP funksioneri Özgür Özel açıqlama verib.
"Cənab Kurtulmuş sədrliklə bağlı səsvermədə CHP-dən dəstək istədi. Biz sabah öz namizədimizi çıxaracağıq. Lakin əgər Kurtulmuş 2 il ərzində tərəfsiz şəkildə sədrlik nümayiş etdirsə, biz ikinci dönəmdə onu dəstəkləyə bilərik", - deyə Özel qeyd edib.
Xatırladaq ki, TBMM-ə bu vaxta qədər Mustafa Şentop sədrlik edirdi.