Modern.az

Zelenski Peskovun iddialarını TƏKZİB ETDİ

Zelenski Peskovun iddialarını TƏKZİB ETDİ

6 İyun 2023, 15:52

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Nova Kaxovkadakı bəndin Ukrayna tərəfindən partladılması ilə bağlı iddialarını təkzib edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, Kremlin sözçüsü Dmitri Peskovun bu barədə iddiasına münasibət bildirib.

 

“Artıq 1 ildən çoxdur ki, Rusiya həm bəndə, həm də bütün Kaxovka SES-ə nəzarət edir. Onu kənardan top atəşinə tutmaqla partlatmaq fiziki cəhətdən qeyri-realdır. Minalanma var idi. Bənd Rusiya işğalçıları tərəfindən minalanmış və onlar tərəfindən partladılmışdır”, - deyə Zelenski qeyd edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI