İrəvanda səfərdə olan Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin Brüssel və Kişineu görüşlərinin nəticələrini müzakirə ediblər.
Söhbət zamanı Qarabağa, Laçın dəhlizi ətrafındakı son vəziyyətə də toxunulub.