Modern.az

Rusiyada vətəndaş müharibəsi gedir -  100 ildən sonra...

Rusiyada vətəndaş müharibəsi gedir -  100 ildən sonra...

6 İyun 2023, 16:45

Rusiya 100 ildən sonra ikinci dəfə vətəndaş müharibəsi ilə üzləşib.


Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qonşu Rusiyadakı mövcud vəziyyəti şərh edərkən deyib. Onun fikrincə, 100 il əvvəl Rusiya imperiyasının dağıntıları üzərində qırmızılar ağlarla savaşırdılar: 

 

"Bugünlərdə Ukraynadan Rusiya ərazisinə keçən və özlərini “Rusiya Könüllü Korpusunun” döyüşçüləri adlandıran silahlı birliklər Belqorod şəhərinin ətrafındakı müxtəlif məntəqələri ələ keçiriblər. Rusiya ordusu rus könüllləri qəsəbədən sıxışdırıb çıxara bilməyib. Başqa sözlə, ruslar ruslarla savaşırlar. Rusiya hazırda iki cəbhədə savaşmaq məcburiyyətində qalıb, Ukraynada müharibəni davam etdirərəkən, öz ərazisində də hərbi əməliyyatları genişləndirmək məcburiyyətindədir".

 


E.Şahinoğlunun sözlərinə görə, Kreml sahibi Vladimir Putin Rusiya cəmiyyətini inandırmışdı ki, “Böyük Rusiya” yaratmaq məqsədilə Krımı ələ keçirib və Ukraynanın şərqini Rusiyaya birləşdirmək istəyir:

 

"Putinin ətrafı və cəmiyyətin əksər hissəsi ona dəstək verdi, düşünürdülər ki, Rusiya ordusu bir neçə həftəyə məsələni həll edəcək və ordu qələbə ilə geri qayıdacaq. Həmin tarixdən 15 ay keçib, qələbə əvəzinə Rusiya 200 mindən çox hərbçisini və böyük sayda hərbi texnikasını itirib, iqtisadiyyatı zəifləyib, inflyasiya dərinləşib, Avropaya neft və qaz sata bilmir, üstəgəl müharibə Rusiya ərazisinə keçib. Ona görə də Putindən hesab sormaq istəyənlərin sayı artmağa başlayıb. Putinin dostu Priqojinə Dövlət Dumasının deputatı və hakim partiyanın üzvü Konstantin Zatulin də qoşulub. Zatulin müharibənin Rusiyaya zərər verdiyini etiraf edib. Mövcud vəziyyətin Rusiyanın əleyhinə olduğu aşkardır, başlarını itirdiklərindən insanların və təbiətin fəalakətinə səbəb olan böyük hidroelektrik stansiyasını raket zərbəsiylə dağıdıblar".

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI