Modern.az

Eşşək Astara sakininin qulağını qopardı

Eşşək Astara sakininin qulağını qopardı

Hadisə

6 İyun 2023, 16:42

Astara rayonunda ulaq (eşşək) kənd sakinini dişləyərək xəsarət yetirib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Pəlikeş kəndində baş verib. Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun ulağı hücum edib.

 

Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq V.Əliabbasovun qulağını dişləyib. Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər