Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Klaarın İrəvana səfəri çərçivəsində baş tutub.
Tərəflər regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələlərini müzakirə ediblər.