Nikolay Denkov Bolqarıstanın yeni baş naziri seçilib.
Modern.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə parlamentdə səsvermə keçirilib.
Belə ki, 132 deputat lehinə, 69-u isə əleyhinə səs verib.
Qeyd edək ki, Nikolay Denkov "Dəyişikliklərə davam edirik" siyasi partiyasını təmsil edir.