Millət vəkil Çingiz Qənizadə, tanınmış jurnalist Nicat Dağların səhhəti ilə maraqlanıb.
Modern.az bildirir ki, millət vəkili dünən Gürcüstana zəng edərək Nicat Dağların xanımı və qaynı ilə danışıb, Nicata Allahdan şəfa diləyib. Ç.Qənizadə “Nicatın gələcəkdə müalicəsi üçün maddi və mənəvi dəstək göstərilməsi hər kəsin borcudur”, - deyə bildirib.Xatırladaq ki, Nicat Dağların səhhəti iki həftə pisləşib, öncə daxili, daha sonra xaricə nüfuz kəllədaxili qanaxmalar müşahidə edilib. Hazırda Gürcüstanda müalicə olunur.
Modern.az