Modern.az

“Kaxovka”nı ukraynalılar özləri partladıb – Amerikalı aparıcı

“Kaxovka”nı ukraynalılar özləri partladıb – Amerikalı aparıcı

Dünya

7 İyun 2023, 09:52

Amerikalı teleaparıcı Taker Karlson Kiyevin "Kaxovka" su elektrik stansiyasının partladılmasına görə məsuliyyət daşıdığını deyib.

 

Modern.az xəbər verir ki, bu barədə o "Twitter" platformasında yayımlanan müəllif proqramında danışıb.

 

“İstənilən vicdanlı adam belə qənaətə gəlir, "Kaxovka"nı ukraynalılar özləri partladıb”, - Taker bildirib. O əlavə edib ki, su elektrik stansiyasının sıradan çıxarılması Kiyev üçün böyük risklər yaradacaq.

 

Qeyd edək ki, Kiyev "Kaxovka" su elektrik stansiyasındakı bəndin rusiyalı hərbçilər tərəfindən partladıldığını bildirib. Moskva isə ittihamları qəbul etməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular