Modern.az

Maaşlar cəmi 10 faiz artacaq - Deputatdan etiraz

Maaşlar cəmi 10 faiz artacaq - Deputatdan etiraz

Parlament

7 İyun 2023, 12:00

Hamıya məlumdur ki, Azərbaycanda inflyasiya monetar səbəblərdən deyil.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

 

Deputat çıxışı zamanı bəzi şikayət və təkliflərini dilə gətirib.

 

“2023-ci ildə əməkhaqları sadəcə 10% həcmində artırılacaq. Bu, o deməkdir ki, əhalinin real əməkhaqlarının artırılması istiqamətində heç bir addım atılmayacaq. Eyni zamanda əməkhaqlarının artırılması inflyasiyanın kompensasiya olunması demək deyil. Mərkəzi Bank tərəfindən qeyd edilən illik inflyasiya 8,3 % olaraq qeyd olunur. Ötən dəfə də qeyd etdiyim kimi bu, özünü doğrultmayacaq. Eyni zamanda Mərkəzi Bankın dəyişiklik etmədən bunu belə qeyd etməsinin xeyrindən çox ziyanını görəcəyik. Ona görə də yenidən proqnozlara baxmaq lazımdır ki, gələcəkdə ciddi problemlərlə qarşılaşmayaq. Proqnozlaşdırma düzgün təhlil olunmalıdır. Əmək haqlarının artırılması inflyasiyanı kompensasiya etməkdən o tərəfə getməyəcək”,- deyə deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var