Modern.az

Qarabağdakı şirkətlərdən şikayətlər gəlir - Parlamentdə məsələ qaldırıldı

Qarabağdakı şirkətlərdən şikayətlər gəlir - Parlamentdə məsələ qaldırıldı

7 İyun 2023, 12:50

Qarabağda fəaliyyət göstərən şirkətlərə vəsaitlərin ödənilməsində problemlər var.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Elnur Allahverdiyev deyib.

 

Deputat çıxışı zamanı şirkətlərin hansı problemlərlə üzləşdiklərini açıqlayıb. “Qarabağda fəaliyyət göstərən şirkətlərdən artıq şikayətlər gəlməyə başlayır. Şikayətlər əsasən büdcə ilə bağlıdır. İş adamlarına ödənişlərdə gecikmələr yaranıb. Büdcənin açılıb-bağlanması məsələsi var. Bunu biz işçi heyəti ilə müzakirə edə bilərik, amma iş adamına bunu izah etmək olmur. Dünyada gedən inflyasiyalar, kataklizmlər ona gətirir ki, biznes sahəsində yavaş-yavaş Qarabağa doğru gedən yolda işləməyə həvəs azalmağa başlayır. Həmin şirkətlərin adlarını da çəkə bilərəm. Onların işləri yaxşılığa doğru getdiyindən öz vəsaitlərindən istifadə edirlər. Öz ciblərindən vəsait xərcləyərək iş görürlər. Amma geri dönüş çox vaxt olmur. Bu da onunla əsaslandırılır ki, büdcə açılmayıb. Onlar bunu başa düşməyəcək. İş adamı inanmalıdır ki, bu gün bu işi gördüm, pulum müəyyən müddətdən sonra veriləcək. Ya da bilməlidir ki, ümumiyyətlə, verilməyəcək və işi götürməməlidir”,- deyə parlamentari vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?