Modern.az

Ərdoğan Milli Təhlükəsizlik Şurasını topladı - YENİLƏNİB

Ərdoğan Milli Təhlükəsizlik Şurasını topladı - YENİLƏNİB

Dünya

8 İyun 2023, 17:18

Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısı başlayıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, iclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir. 

 

Toplantıda İraq və Suriyanın şimalında həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla, strateji, regional və milli təhlükəsizlik mövzularının müzakirə olunması gözlənilir.

 

***

07.06.2023 / 12:56

 

Türkiyədə sabah Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, 28 may prezident seçkilərindən sonra keçirilən ilk toplantıdır.

 

İclasa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək. Toplantıya XİN başçısı Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da qatılacaqlar.

 

Türkiyənin əsas gündəm mövzuları Milli Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı