Narkotik maddə saxladığı üçün 2 il əvvəl Moskvada həbs edilən azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanov (Vaqif Bakinski) vaxtından əvvəl azadlığa buraxılıb. Modern.az-ın məlumatına görə, "İnqilab Vaqif" adıyla da tanınan 47 yaşlı azərbaycanlı "qanuni oğru" Rusiya Cinayət Məcəlləsində edilən dəyişiklikdən sonra cəza müddəti endirilərək sərbəst buraxılıb.
"İnqilab Vaqif"in azad olunduğu barədə Rusiya KİV məlumat yaysa da, digər mənbə Modern.az saytına bildirib ki, onun sonuncu həbsi sifarişli olub, guya, 5 qram heroindən "qanuni oğru"nun xəbəri olmayıb.
Mənbə onu da əlavə edib ki, "İnqilab Vaqif" digər azərbaycanlı avtoritetlər - həm Rövşən Lənkəranski, həm də "Lotu Qulu" ləqəbli Nadir Səlifova rəqib sayılır.
"Onun azadlığa çıxmasıyla kriminal aləmdə yeni nüfuz davası başlaya bilərmi" sualına cavab verən mənbə bunun yaxın zamanlarda baş verə biləcəyini absurd hesab edib.
L. SƏMLA