Modern.az

ABŞ vizası üçün müraciət edənlərin NƏZƏRİNƏ

ABŞ vizası üçün müraciət edənlərin NƏZƏRİNƏ

7 İyun 2023, 14:04

ABŞ-ın Azərbaycandakı səfirliyi viza üçün müraciət edənlərə səslənib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

 

"17 iyun 2023-cü il tarixində ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 dollardan 185 dollara qədər artacaq. Tam təfərrüatlar üçün ABŞ Dövlət Konsulluq İşləri Departamentinin səhifəsinə daxil olun", - deyə məlumatda qeyd olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI