Ermənistan parlamentinin spikeri Alen Simonyan Böyük Britaniya parlamentinin İcmalar Palatasının rəhbəri Lindsi Hoyl ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
"Ermənistan Böyük Britaniya ilə çoxtərəfli əlaqələrin inkişafında maraqlıdır", - deyə erməni spiker bildirib.
Görüşdə, həmçinin Ermənistanın vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə nümayəndə Ruben Rubinyan da iştirak edib.