"Rusiya Federasiyası Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət verir".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin ermənistanlı həmkarı Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.
"Biz dağ-mədən sənayesinin energetika sektorunda, aqrar-sənaye kompleksində və s. sahələrdə yeni birgə layihələrin həyata keçirilməsində maraqlıyıq. Hazırda Rusiya Federasiyasının 70-ə yaxın subyekti Ermənistanla işləyir, birbaşa əlaqələr var. Keçən il Ermənistanda Rusiya regionlarının nümayəndələrinin iştirakı ilə 24 işgüzar missiya təşkil olunub”, - Mişustin bildirib.