Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə PA-nın Kommunikasiya İdarəsi məlumat yayıb.
Söhbət zamanı Rusiya-Ukrayna müharibəsi ətrafında müzakirə aparılıb. Ərdoğan Nova Kaxkova su anbarının vurulmasını araşdırmaq üçün komissiya yaratmağı təklif edib.
Ədalətli sülh üçün danışıqlar yolunun əhəmiyyətinə diqqət çəkilib.