"Mən bir daha Ermənistan Respublikasının bu kommunikasiyaların keçdiyi tərəflərin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə deyib.
"Moskvada keçirilən nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın iclasında nəzərəçarpacaq irəliləyiş əldə olunub. Bu, bənddə göstərilən kommunikasiyalara aiddir. Ümid edirəm ki, konkret həll yollarına gələ biləcəyik”, - o qeyd edib.
Paşinyan bəyan edib ki, Ermənistan tərəfi konkret təkliflər verib və o, onların qəbul ediləcəyinə ümid edir.
“Prinsipcə, bizim təkliflərimiz bu deyil, bunlar son iki il ərzində işlədiyimiz kompromis həllərdir”, - Ermənistanın baş naziri əlavə edib.
Eyni zamanda, Rusiya Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün sistemli iş aparılır. Mişustin əlavə edib ki, yeni infrastruktur marşrutlarının yaradılması ümumilikdə regionun bütün dövlətlərinin maraqlarına cavab verir.