Modern.az

Sarıgülün partiyası rəsmən CHP-yə birləşdi - YENİLƏNİB

Sarıgülün partiyası rəsmən CHP-yə birləşdi - YENİLƏNİB

23 İyun 2023, 14:26

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Türkiyə Dəyişim Partiyası (TDP) rəsmi şəkildə birləşiblər.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TDP ləğv olunaraq CHP-nin tərkib hissəsinə çevrilib.

 

***

08.06.2023 / 14:28

 

Türkiyədə 14 mayda keçirilən parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahısından Ərzincanın deputatı seçilən Türkiyə Dəyişim Partiyasının (TDP) sədri Mustafa Sarıgül partiyasının CHP ilə birləşəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

"Bu gün TDP üçün, demokratiya və azadlıq üçün önəmli gündür. Həyatda bəzi dönüş nöqtələri var. Həyatın hansı nöqtəsində harada olsam, siyasət mənim üçün vəfadır, mərdlikdir. Biz nöqtə qədər mənfəətlər üçün vergül kimi əyilmirik", - o əlavə edib.

 

Qeyd edək ki, TDP 2020-ci ildə CHP-dən ayrılan şəxslər tərəfindən yaradılıb. Partiyanın sədri Sarıgül də 2019-cu ilə qədər CHP üzvü olub. O, 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində CHP-nin İstanbulun bələdiyyə sədrliyinə namizədi kimi iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu