Modern.az

Klublarımız Avroliqada cavab oyunları keçirəcək

Klublarımız Avroliqada cavab oyunları keçirəcək

Təhsil

11 İyul 2013, 11:59



Bu gün Azərbaycanın futbol klubları Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə çıxacaqlar. Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika stadionunda səfərdə məğlub etdiyi Makedoniya “Metallurq”unu qəbul edəcək. Görüş saat 21:00-başlayacaq.

Cənub təmsilçisi “Xəzər Lənkəran” isə səfərdə 1:1-lik bərabərə qaldığı Malta “Silma”sını Lənkaran şəhər stadionunda qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Bakıda heç də yaxşı nəticə göstərə bilməyən paytaxtın “İnter” klubu səfərdə Finlandiyanın “Mariehamn” komandasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında ilk görüş 1-1 hesabı ilə başa çatmışdı.

Abbas Qəmli  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...