Modern.az

Ermənistan nümayəndələri Bakıdadır

Ermənistan nümayəndələri Bakıdadır

8 İyun 2023, 15:12

Ermənistanın nümayəndələri MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında iştirak edirlər.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Milli Təhlükəsizlik Xidmətinin Müdafiə Qüvvələrinin komandanı vəzifəsini icra edən şəxs rəhbərlik edir.

 

Belə ki, Arman Maralçyan vəzifədən getdikdən sonra yeni rəhbər təyin olunmayıb. Məlumata görə, Ermənistanın nümayəndələri Moskvadan Bakıya uçublar.

 

Qedy edək ki, Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-ci iclası keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi