Modern.az

Ermənistanda AES tikintisinin maliyyələşdirilməsinə hazırıq - Mişustin

Ermənistanda AES tikintisinin maliyyələşdirilməsinə hazırıq - Mişustin

8 İyun 2023, 15:34

"Rusiya Ermənistan da daxil olmaqla, Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) tərəfdaşları ilə onların ərazisində atom elektrik stansiyasının tikintisinin maliyyə məsələlərini müzakirə etməyə hazırdır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin “Avrasiya mənim evimdir” sərgisində deyib.

 

"Həmçinin aqreqatların gücü ilə bağlı parametrləri də müzakirəyə hazırıq", - o əlavə edib.

 

Sərgidə Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib.

 

“Rosatom” pavilyonunda nümayəndə heyətlərinin rəhbərlərinə Rusiya-Belarusun birgə layihəsi olan dünyanın ən yeni və ən səmərəli atom elektrik stansiyasının layihəsi haqqında məlumat verilib. Bu atom elektrik stansiyasında 1200 meqavat gücündə iki enerji bloku var.

 

Hazırda Belarus AES-in birinci bloku artıq istismara verilib, ikincisi sınaqdan keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI