Modern.az

Paşinyan Avrasiya Şurasının iclasında İrandan DANIŞDI

Paşinyan Avrasiya Şurasının iclasında İrandan DANIŞDI

8 İyun 2023, 16:06

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında logistikanın gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsal texnologiyaların inkişafı haqqında danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

O vurğulayıb ki, Avrasiya nəqliyyat məkanının inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi ittifaqın təkmilləşdirilməsində xüsusi rol oynayır.

 

"İrəvan strateji istiqamətlərin inkişafı üçün lazım olan hər şeyi edir. İranla azad ticarət sazişinin bağlanması isə əlaqələrin genişləndirilməsi üçün stimul olacaq. Aİİ artıq iqtisadi əlaqələrin möhkəmləndirilməsində, biznesin və investisiyaların stimullaşdırılmasında xüsusi rol oynayır və bundan sonra da irəliləyəcək. Ermənistan ittifaqın daxili bazarının fəaliyyətinin təmin edilməsinə yönəlmiş vasitəçilik prosedurlarının tətbiqini və inkişafını dəstəkləyir", - deyə Paşinyan söyləyib.

 

"Gələcəkdə yeni maneələrin qarşısını almaq üçün karbon neytrallığının təmin edilməsi və “yaşıl gündəmə” keçid üzrə işləri davam etdirmək lazımdır", - o əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi