Hindistanda qəribə hadisə baş verib. Belə ki, inşaatçılar asfalt adı ilə yola xalça səriblər.
Modern.az xəbər verir ki, bu barədə "Lokmat Times" nəşri məlumat verib.
Məlumata görə, yerli sakinlər yolların bərbad olmasından şikayətlənib, yeni asfalt çəkilməsini tələb ediblər.
Vətəndaşların şikayətlərindən sonra inşaatçılar asfalt adı ilə yola xalça sərib, görüntünün inandırıcı olması üçün xalçanın üzərinə asfalt qırıntıları töküblər.
Qəribə səslənsə də, təmir şirkəti yolun tikintisində “ən son alman texnologiyasından” istifadə olunduğunu bəyan edib.