Ukrayna Müdafiə Əlaqə Qrupunun (Ramşteyn) növbəti iclası gələn həftə, iyunun 15-də baş tutacaq.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pat Rayder bildirib.
Onun sözlərinə görə, "Ramşteyn"in 13-cü iclası Belçikanın paytaxtı Brüsseldə keçiriləcək. Toplantının gündəliyi hələlik ictimaiyyətə açıqlanmayıb.