Milli Şuranın növbəti iclasının nə zaman keçiriləcəyi hələ də sual altındadır. Mütəmadi olaraq biraraya gələn MŞ üzvləri növbəti iclasla bağlı konkret qərara gələ bilmirlər. Baxmayaraq ki, növbəti sessiyanın bir həftə sonra keçiriləcəyi gözlənilirdi.
Milli Şuranın üzvü Zəfər Quliyev də Modern.az-a açıqlamasında növbəti iclasın zamanının müəyyən edilmədiyini deyib.
Müxalifət koalissiyasının ABŞ səfəri artıq arxa plana keçib. Z.Quliyevin fikrincə, ABŞ səfəri ilə bağlı yeni müzakirələr aparılmayıb.
Qeyd edək ki, III sessiyada MŞ-ın İcra Aparatının rəhbəri Eldar Namazov növbəti iclasda vahid namizədin seçki qərargahınını rəsmən elan olunacağını açıqlayıb.
Modern.az