Modern.az

Hərbi addımlar atmağa hazırıq: Netanyahudan SƏRT AÇIQLAMA

Hərbi addımlar atmağa hazırıq: Netanyahudan SƏRT AÇIQLAMA

Dünya

9 İyun 2023, 14:18

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazır olduğunu bildirib.


Modern.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.


Baş nazir İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün hərbi rıçaqlardan istifadə edəcəyini bəyan edib.


“Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi varianta müraciət etmək istəyi ilə birgə işləyə bilər",- deyə Netanyahu vurğulayıb.


Onun sözlərinə görə, İranın nüvə proqramının qarşısının alınması cəhdləri heç bir nəticə verməyəcəksə, güclü qətnamə müzakirə oluna bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu