Milli Şura üzvü prezidentliyə namizəd Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığının ləğv edilməsi ilə bağlı Rusiyaya xəbərdarlıq edib. Modern.az-ın məlumtına görə, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan facebook səhifəsində bildirib ki, Rusiya İbrahimbəyovun vətəndaşlıqdan çıxarılmasına dair sənədləri vaxtına verməsə Azərbaycanda ruslarının qəzəbinə düçar olacaq.
“Azərbyacan iqtidarı ümid edir ki, Rusiya hakimiyyəti Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqdan çıxmasına dair sənədi vaxtında verməyəcək və , beləliklə, onun prezidentliyə namizədliyinin irəli sürülməsinə əngəl törədəcək. Amma, bu xam xəyaldır. Çünki, Gürcüstanın indiki baş naziri İvanişviliyə onun ikili vətəndaşlıqdan çıxmasına dair sənədləri vaxtında verən Rusiya hakimiyyəti R.İbrahimbəyova analoji sənədləri vaxtında verməsə, həm beynəlxalq ictimaiyyətdə, həm də öz ölkəsində və tarixdə özü haqda Azərbaycan hakimiyyətinin vəkil obrazını yaradacaq. Ən əsası Azərbacanda nəinki əleyhdarlarının, həm də az-çox ona simpatiyası olanların, rusdillilərin, hətta Azərbaycan ruslarının qəzəbinə düçar olacaq”-deyə Ə.Temirxan bəyan edib.
Anar RÜSTƏMOV