Modern.az

Nüvə silahları Belarusda olacaq - Putin vaxtı açıqladı

Nüvə silahları Belarusda olacaq - Putin vaxtı açıqladı

Dünya

9 İyun 2023, 15:56

Rusiya taktiki nüvə silahlarının Belarusa təhvil verilməsinə iyulun 7-8-dən sonra, yəni onlar üçün qurğuların tikintisi başa çatdıqdan sonra başlanacaq.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə deyib.

 

“Bildiyiniz kimi, iyulun 7-8-də müvafiq obyektlərin hazırlığı başa çatacaq və biz dərhal ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədbirlərə başlayacağıq. Hər şey plan üzrə gedir və hər şey sabitdir", - deyə Putin bildirib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu