Modern.az

DİA-nın “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

DİA-nın “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

Təhsil

9 İyun 2023, 16:16

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 

 

AzEdu.az və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə bu ali məktəbdə təhsil alan “Brend tələbə”lər mükafatlandırılıblar.

Tədbirdə AzEdu.az təhsil portalının rəhbəri Elşad Eyvazlı, portalın icraçı direktoru Tünzalə Abbasova, DİA-nın müşavirləri Zaur Məmmədov, Yusif Ağayev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Tədbir Z.Məmmədovun açılış nitqi ilə başlayıb. Daha sonra Y.Ağayev çıxış edərək, tələbələrin ünvanına təbriklər səsləndirib.


E.Eyvazlı və T.Abbasova da “Brend tələbə”lərə təhsil həyatlarında böyük nailiyyətlər arzulayıblar.


Görüş zamanı tələbələrlə qazanılan uğurların sirləri müzakirə edilib. Daha sonra onlara təltifnamələr təqdim olunub və sonda xatirə şəkli çəkilib.

 

DİA-da "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır: 

 

Nərgiz Hüseynova -  İnzibati idarəetmə fakültəsi

 

Tamam Mirzəzadə - İnzibati idarəetmə fakültəsi

 

Adil Qurbanov – Siyasi idarəetmə fakültəsi

 

Nigar İsmayılzadə - Siyasi idarəetmə fakültəsi

 

Kənan Əliyev - Siyasi idarəetmə fakültəsi

 

Elməddin Nəzərli - Siyasi idarəetmə fakültəsi

 

Nəsib Quliyev - Siyasi idarəetmə fakültəsi

 

Nihad Təhməzov - İnzibati idarəetmə fakültəsi

 

Elmira Əliyeva - İnzibati idarəetmə fakültəsi

 

Lalə Şirinzadə - Siyasi idarəetmə fakültəsi

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.

 

Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı