Modern.az

Qazaxıstan meşələri yanır - Ölənlər və yaralılar var 

Qazaxıstan meşələri yanır - Ölənlər və yaralılar var 

Dünya

9 İyun 2023, 18:54

Qazaxıstanın Abay vilayətində güclü meşə yanğınları başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "KazTag" agentliyi məlumat yayıb.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınlarda meşə təsərrüfatının 3 işçisi ölüb, daha 11 nəfərin axtarışları davam etdirilir.

 

Yanğın sahəsinin 30 min hektara yaxın olduğu bildirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fövqəladə hallar naziri Yuri İlinə yanğın bölgəsinə getməyi tapşırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?