Modern.az

"Sumqayıt" Elvin Bədəlovla müqaviləni yenilədi

İdman

9 İyun 2023, 18:59

Növbəti mövsümün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.

 

Modern.az xəbər verir ki, komanda Elvin Bədəlovla yeni müqavilə imzalayıb. İyirmi yeddi yaşlı müdafiəçi ilə ikiillik anlaşma əldə olunub.

 

Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt”ın şərəfini qoruyan E.Bədəlov bu komandada 84 oyunda meydana çıxıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi