Modern.az

İranda iki ziyarətgah yandırıldı

İranda iki ziyarətgah yandırıldı

10 İyun 2023, 18:30

İranın İlam vilayətində iki ziyarətgah yandırılıb.

 

Modern.az-a xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

 

Bildirilib ki, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki ziyarətgah naməlum şəxslər tərəfindən yandırılıb.

 

İlam prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib.

 

Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI