Modern.az

Aliment borcuna görə keçmiş yeznəsini ÖLDÜRDÜ

Aliment borcuna görə keçmiş yeznəsini ÖLDÜRDÜ

10 İyun 2023, 21:53

İyunun 10-də 21 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində qəsəbə sakini 1988-ci il təvəllüdlü Sultan İsrafil oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, S.Əliyevin keçmiş qayını 1991-ci il təvəllüdlü Hüseyn Məmməd oğlu Qasımov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

 

İlkin məlumata görə, tərəflər arasında münaqişə aliment borc öhdəliyi ilə əlaqəli olub.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı