Modern.az

İstanbulda böyük final - YENİLƏNİB

İstanbulda böyük final - YENİLƏNİB

11 İyun 2023, 00:30

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda hesab açılıb.

 

Modern.az-ın məlumatına görə, 68-ci dəqiqədə Rodri "şəhərlilər"i önə keçirib - 1:0.

 

00:04

****

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda 2-ci hissə başlayıb.

 

Modern.az-ın məlumatına görə, ilk yarıdan sonra qapılara qol vurulmayıb - 0:0.

 

23:48

****

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda ilk hissə başa çatıb.

 

Modern.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

 

***

23:06

 

İstanbulda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında Çempionlar Liqasının final oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, "Mançester Siti"nin start heyətində Ederson, Ruben Diaş, Con Stounz, Natan Ake, İlkay Gündoğan, Erlinq Holann, Cek Qriliş, Rodri, 1Kevin De Brüyne, Bernardu Silva və Manuel Akanci yer alıblar.

 

"İnter"in heyətində isə meydana Andre Onana, Denzel Dumfris, Edin Ceko, Lautaro Martines, Françesko Açerbi, Hakan Çalhanoğlu, Nikola Barella, Federiko Dimarko, Matteo Darmian, Marselo Brozoviç və Alessandro Bastoni çıxıblar.

 

Atatürk Olimpiya Stadionunda oynanılan matçı FIFA referisi Şimon Marçinyak idarə edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ