Türkiyədə daha iki zəlzələ qeydə alınıb.
Modern.az Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yerli vaxtda saat 10:41 radələrində Ərzurumun Aziziye rayonunda 4.6, Adananın Saimbeyli rayonunda isə 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Qeyd edək ki, zələzələdən sonra dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
***
09:37
Türkiyədə 4,2 maqnitudalı zəlzələ olub.
Modern.az Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yerli vaxtla saat 07:42 radələrində qeydə alınan zəlzələnin ocağı Egey dənizində Kuşadası körfəzində, sahildən 10 km uzaqlıqda, 52 km dərinlikdə yerləşib.
Qeyd edək ki, zələzələdən sonra dağıntı və tələfat olmayıb.