Modern.az

Əfqanıstan-Pakistan sərhədində ATIŞMA

Əfqanıstan-Pakistan sərhədində ATIŞMA

Dünya

11 İyun 2023, 12:13

Əfqanıstan-Pakistan sərhədində silahlı insident baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

 

Ölkənin şimal-qərbində yerləşən Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinin Miran Şah rayonundakı nəzarət-buraxılış məntəqəsində törədilən terror aktından sonra Pakistan ordusu əməliyyat-axtarış tədbirləri həyata keçirib.

 

Axtarışlar çərçivəsində terrorçulara məxsus silah-sursat anbarı aşkar olunub.

 

Baş verən atışmada 3 pakistanlı hərbçi həlak olub, həmçinin silahlılardan 3-ü məhv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi