Modern.az

Kanalda batmış 10 yaşlı uşağın meyiti TAPILDI

Kanalda batmış 10 yaşlı uşağın meyiti TAPILDI

Hadisə

12 İyun 2023, 09:08

Məlumat verildiyi kimi, ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, həyata keçirilən əməliyyat nəticəsində kanalda batmış 2013-cü il təvəllüdlü Pirsahadov Məhəmməd Əlisəfa oğlunun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Axtarış-xilasetmə əməliyyatlarında FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri iştirak edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər