Modern.az

Rəisi Latın Amerikasına getdi

Rəisi Latın Amerikasına getdi

Dünya

12 İyun 2023, 09:36

İran Prezidenti İbrahim Rəisinin Latın Amerikası ölkələrinə səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə dövlətə məxsus "İrna" agentliyi məlumat yayıb.

 

Rəisinin ilk dayanacağı Venesuela olacaq. O, daha sonra Nikaraqua və Kubaya da səfər etməyi planlaşdırır.

 

İran Prezidentini səfərdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian, neft naziri Cavad Ouci, İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Məhəmmədrza Gərayi Aştiani və digər rəsmi şəxslər müşayiət edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi