Bakıda öldürülən oğlanın şəxsiyyəti müəyyənləşib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı ötən gecə BMW servisin qarşısında qətlə yetirilən şəxsin Tərtər sakini, 26 yaşlı Samir Mustafayev olduğu müəyyənləşib. Onun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Polisdən APA-ya bildirilib ki, S.Mustafayev müğənni olub, 2012-ci ildə keçirilən “Univision” mahnı müsabiqəsində də iştirak edib. Polisdən artıq qətli törədən şəxsin kimliyinin müəyyənləşdiyi də deyilib. Hazırda həmin şəxsin tutulması istiqamətində tədbirlər davam etdirilir. İlkin ehtimala görə, hadisə namus üstündə baş verib.
***
Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirlər nəticəsində 26 yaşlı Samir Mustafayevin 16 yaşlı Aydın Azər oğlu Orucov tərəfindən bıçaqlandığı məlum olub. A. Orucov tutularaq istintaqa təhvil verilib.
Baş vermiş hadisə ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Bakıda qətlə yetirilən müğənni Samir Mustafayev dəfn olunmaq üçün doğulduğu Tərtər rayonuna aparılıb.
Bu barədə APA-ya mərhumun dostları məlumat veriblər. Onların sözlərinə görə, mərhum muğam ifaçısı olub.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin rəisi Nasir Babayev də mərhum S. Mustafayevin müğənni olduğunu təsdiqləyib.
Modern.az