Modern.az

Sabah temperatur yüksələcək

Sabah temperatur yüksələcək

Təhsil

12 İyul 2013, 15:00

Sabah Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Sabah gündüz şimal-qərb küləyi tədricən cənub-şərq küləyi ilə əvəzlənəcək.

Bakıda sabah gecə 22-24, gündüz 34-36 dərəcə isti proqnozlaşdırılır. Azərbaycanın rayonlarında iyulun 12-13-nə keçən gecə və səhər əsasən dağlıq, dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

 Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...