
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Superkuboku uğrunda oyunun keçrilməsi məsələsinə aydınlıq gətirib.
Modern.az-ın məlumatına görə, PFL prezidenti Superkubok oyununu mütləq keçirəcəklərini bildirib. Lakin dəqiq tarixi indidən deməyin çətin olduğunu da qeyd edib. R. Musayev həmçinin Superkubok oyunun Türkiyədə keçrilməsi ilə bağlı qərarı dəstəklədiyini bildirib.
Qeyd edək ki, Azərbaycan superkubokunun Türkiyədə keçirilməsi təklifini “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov irəli sürüb.
Superkubok uğrunda oyunda Azərbaycan çempionu “Neftçi” ilə ölkə kubokunun sahibi “Xəzər Lənkəran” qarşılaşmalıdır.
Abbas Qəmli