Modern.az

Milli Şura Avropa Parlamenti ilə bağlı qərar verəcək- AÇIQLAMA

Milli Şura Avropa Parlamenti ilə bağlı qərar verəcək- AÇIQLAMA

Təhsil

12 İyul 2013, 16:28

“Bizdə məsələ ilə bağlı araşdırmalar aparılır və bundan sonra Milli Şura açıqlama verəcək”. Bunu Modern.az saytına açıqlamasında Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyasının tələb olunduğu ölkələr siyahısından çıxarmasına münasibət bildirərkən deyib.

Milli Şura rəsmisi qeyd edib ki, hazırda səfərə hazırlaşdığından məsələ barədə ətraflı şərh verə bilməz. “Həm də bu işlə Milli Şuranın müvafiq komissiyası məşğul olacaq. Ondan sonra qərar açıqlanacaq”-deyə qeyd edib.

Xatırladaq ki, Avronest PA-nın vitse-prezidenti, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov  bildirib ki, Avropa Parlamenti Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarıb. Qeyd edək ki, məsələ birmənalı qarşılanmır.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...