Modern.az

Ukrayna ordusunun əks-hücumu asan olmayıb - Qərb KİV-i yazır

Ukrayna ordusunun əks-hücumu asan olmayıb - Qərb KİV-i yazır

Dünya

12 İyun 2023, 21:13

Ukrayna silahlı qüvvələrinin Zaporojye istiqamətində hücumu asan olmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "The Economist" jurnalı Ukrayna hərbi kəşfiyyatındakı mənbəyə istinadən yazıb. 

 

Mənbə bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə xeyli sayda zirehli texnika və şəxsi heyət itkisi verib.

 

Məlumata görə, Orexov-Tokmak istiqamətində döyüşlər çətin keçib, onlarla əsgər həlak olub. Orexov şəhəri Dnepr çayının sol qolu olan Konka çayının sol sahilində, Tokmak şəhəri isə Moloçnaya çayının vadisində yerləşir.

 

Hərbi kəşfiyyatdakı mənbə deyib ki, Ukrayna 47-ci briqadadan istifadə edərək hücuma keçib, lakin Rusiya ordusunun inşa etdiyi istehkamlar onlara mane olub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi