Konqo Demokratik Respublikasının Djuqu bölgəsində məcburi köçkünlər üçün salınmış düşərgəyə silahlı hücum olub.
Modern.az "Haber Global"a istinadən xəbər verir ki, hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər öldürülüb.
Yerli mənbələr cinayətkarların evləri yandıraraq mülki insanlara silahla hücum etdiklərini, çox sayda insanın yanaraq öldüyünü bildiriblər.
Düşərgənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.