Suriyanın şimal-şərqində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) tvitter hesabında məlumat yayılıb.
Bildirilib ki, hadisə nəticəsində 22 hərbçi yaralanıb. Qəza iyunun 11-də baş verib.
Hadisənin dəqiq səbəbi hələ ki açıqlanmayıb. Məlumata görə, qəzaya düşən hərbçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.