Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov erməni həmkarı Eduvard Nalbandyanla görüşüb. Modern.az-ın məlumatına görə, nazirlərin görüşü ötən gün Avstriyanın paytaxtı Vyanada baş tutub.
XİN rəhbərlərinin görüşündə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak ediblər.
Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında müzakirələr aparılıb.
Modern.az