Modern.az

Hacı Nuran Şuşada qəzaya düşdü 

Hacı Nuran Şuşada qəzaya düşdü 

Hadisə

13 İyun 2023, 11:57

Tanınmış aparıcı Hacı Nuran Hüseynov Şuşada qəzaya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Səhər mərkəzi” verilişində danışıb.

 

Aparıcı qorxduğunu və stress keçirdiyini bildirib:

 

“Özümü pis hiss edirəm. Bazar günü Şuşada böyük bir tədbir var idi. Yollar təzə qurulub, gözəldir. Sadəcə yolun ortasında yararsız vəziyyətdə beton maşını dayanmışdı. Üstümüzə bir başqa avtomobil gəldi. Çox ağır qəza keçirdik. Maşınlarımız əzildi, polislər yardım etdi. Qorxmuşam və stress keçirmişəm. Uşaqlar bir az əziliblər”, - Hacı Nuran vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər