Modern.az

Deputat: “Avropa Parlamenti Azərbaycana seçki müşahidə missiyası göndərməyəcək”

Deputat: “Avropa Parlamenti Azərbaycana seçki müşahidə missiyası göndərməyəcək”

Təhsil

12 İyul 2013, 23:33


Avronest Parlament Assambleyasının Azərbaycandan olan vitse-prezidenti Elxan Süleyman Modern.az-a verdiyi açıqlamada bildirib ki, Avropa parlamentinin bu ilin oktyabr ayında Azərbaycanda keciriləcək prezident seckilərinə muşahidə missiyası göndərməməsi barədə qərar qəbul olunub.

“Azərbaycan oktyabrda keciriləcək prezident seçkilərini izləmək üçün muşahidə missiyası göndərilməsi məqsədilə bu ilin may ayında Avropa Parlamentinə dəvət məktubu göndərmişdi.
Avropa Parlamentinin Prezidentlər Konfransı, Demokratiyaya dəstək və seçki koordinasiya qrupu 4 iyul tarixində keçirilən iclası zamanı 2013-cü ilin ikinci yarısında keçiriləcək seçkiləri müzakirə etmiş və bir sira ölkələrdə keçiriləcək seçkilərə rəsmi seçki müşahidə missiyası göndəriləcəyinə dair qərar vermişdir”-deyə E.Süleymanov bildirib. 

Onun sözlərinə görə, Prezidentlər Konfransının təqdim etdiyi seçki keçiriləcək ölkələr siyahısından 4 ölkə seçilib və yalnız bu ölkələrə rəsmi seçki müşahidə missiyası göndəriləcəyinə dair qərar qəbul edilib. Bu qərara əsasən Azərbaycana oktyabr ayında keçiriləcək prezident seçkiləri üçün Avropa Parlamentinin rəsmi seçki müşahidə missiyası göndərilməməsi nəzərdə tutulub.  

“Qeyd edim  ki, Avropa Parlamenti aşağıdakı ölkələrə rəsmi seçki müşahidə missiyası göndərəcəkdir: Gürcüstan, Tacikistan, Nepal, Honduras.
İclas zamanı adıçəkilən ölkələrdə böyük problemlərin ola biləcəyi qeyd edilmiş və bu səbəbdən adıçəkilən ölkələrdə keçiriləcək seçkilər haqqında Avropa Parlamentinin məruzə hazırlamasının vacibliyi vurğulanmışdır. Bu qərar Prezidentler Konfransının və Koordinasiya qrupunun qərarı olaraq qüvvədədir. Bələliklə, Azərbaycana  musahidə missiyası göndərilmir. Bununla Azərbaycan ötən həftənin əvvəli öz müstəqillik tarixində mühüm məqama çatmışdır, belə ki,Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxardığı elan edildi. Hesab edirəm ki, bu xəbər 2013-cü ilin oktyabr ayında ölkəmizdə keçiriləcək Prezident seçkiləri ərəfəsində böyük və diqqəti çəkən məqamdır”-deyə Elxan Süleymanov bildirib.

Modern.az      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...